İdman

Joze Mourinyo DÇ-2018-də Rusiya telekanalı ilə əməkdaşlıq edəcək

İngiltərənin “Mançester Yunayted” futbol komandasının baş məşqçisi Joze Mourinyo 2018-ci il dünya çempionatı zamanı Rusiyanın RT telekanalı ilə əməkdaşlıq edəcək.

İdmanxeber.com-un məlumatına görə, razılaşmaya əsasən, 55 yaşlı portuqaliyalı mütəxəssis ekspert qismində mundialın oyunları ilə bağlı fikirlərini bölüşəcək.

RT telekanalı daha əvvəl Danimarka yığmasının və “Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyhellə müqavilə bağlayıb.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43