Dünya futbolu

Joze Mourinyo: “Rahat qələbə qazandıq”

Avropa Liqasının finalında “Ayaks”a (2:0) qalib gələrək kuboku qazanan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo qələbəni şərh edib.

O, ağır mövsüm keçirdiklərini bildirib:

“Bizim üçün çətin mövsüm keçdi. Buna baxmayaraq, 3 titul əldə etdik. Finalda səhvsiz oynadıq və rahat qalib gəldik. Rəqibdən daha ağıllı çıxış etdik. Qələbəyə layiq oyun nümayiş etdirdik. Premyer Liqada 3-cü və ya 4-cü yerlər uğrunda mübarizə aparmaqdansa, Avropa Liqasını seçdik. Bunun üçün hər an mübarizə apardıq və özümüzə inandıq. Bu, mənim ən çətin mövsümüm idi. Çempionlar Liqasına geri dönürük. İndi futbol bardə deyil, istirahəti düşünürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43