20 Sentyabr 2024
Dünya futbolu

Joze Mourinyo: “Uduzanda da komandam meydanda ən yaxşı idi”

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya çempionatının 14-cü turunun matçında “Sassuolo” üzərində qələbədən (2:1) razı qalıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə portuqaliyalı mütəxəssis özü açıqlama verib:

“Bu gün çox vacib və layiqli qələbə qazandıq. Hətta 1:0 hesabı ilə uduzduğumuz vaxtda belə, komandam meydanın yaxşısı idi. Buna görə də bütün azarkeşlərimiz üçün şadam”.

14 turdan sonra “Roma” 24 xalla A Seriyasında 4-cü pillədə qərarlaşıb. İtaliya çempionatına “İnter” başçılıq edir (35 xal).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43