Azərbaycan kubokunun 1/4 finalında “Bakı” ilə qarşılaşacaq “Rəvan” bu oyunun hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, bugünkü hazırlıq tam qrafik üzrə həyata keçirilib. “Bayıl Arena”dakı məşqdə baş məqşçi Güvənc Kurtar futbolçularını taktiki-texniki yöndə daha da püxtələşdirməyə çalışıb. Bütün futbolçuların iştirak etdiyi hazırlıqda yalnız son tur matçında zədələnən Julio Sezar fərdi proqram əsasında məşq edib.
Qeyd edək ki, “Rəvan” – “Bakı” matçı martın 12-i baş tutacaq.