“Sevilya”nın transfer etmək istədiyi “Qarabağ”ın hücumçusu Olavio Juninyo bu barədə açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, braziliyal forvard mövcud durumu belə şərh edib:
“Hazırda bu məsələ mənim əlimdə deyil. Bu vəziyyət haqqında çox danışa bilmərəm, çünki “Qarabağ”la müqaviləm var. Mən tərəflərin razılığa gəlməsini gözləyirəm”.
Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, “Qarabağ” “Sevilya”nın 2 milyon avroluq ilk təklifi ilə kifayətlənməyib və tərəflər güzəştə getməyə çalışır. Juninyo 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.