“Liverpul “Flamenqo”nun 21 yaşlı sağ cinah müdafiəçisi Ueslini yayda heyətinə qatmaq üçün hərəkətə keçib.
İdmanxeber.az-ın məlumatına görə, transfer məbləğinin təxminən 25 milyon funt-sterlinq olacağı bildirilir. “Liverpul” rəsmiləri onu gələcəkdə Trent Aleksandr-Arnoldun əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Arnoldun “Liverpul”la müqaviləsi yayda başa çatır və onun “Real”a keçidi gündəmdədir.