“Qarabağ”ın hücumçusu Juninyonun “Sevilya”ya transferi baş tutmaya bilər.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb kimi tərəflərin maliyyə şərtlərində razılaşa bilməməsi göstərilir. İddia edilir ki, Juninyo Braziliya klubu “Flamenqo”ya keçəcək.
Çünki sözügedən komanda oyunçuya daha yaxşı təklif verib.
Bir müddət öncə futbolçunun “Sevilya” ilə anlaşdığı iddia edilirdi.