Məşhur insayder Fabrisio Romano “Qarabağ”ın hücumçusu Juninyonun “Sevilya”ya transferi barədə paylaşım edib.
İdmanxeber.az-ın məlumatına görə, o, artıq tərəflər arasında məsələnin həll edildiyini açıqlayıb. Romano anlaşmanın detalları barədə bunları yazıb:
“Sevilya” və “Qarabağ” braziliyalı hücumçu Juninyonun transferi ilə bağlı şifahi razılıq əldə etməyin astanasındadır. Transferə 4 milyon avro + 1 milyon avro bonus daxildir”.
Romano bildirib ki, “Sevilya” gələcəkdə forvardı satarsa, Ağdam təmsilçisi transfer məbləğindən “Qarabağ” 20% faiz gəlir əldə edəcək.