Yeni tikiləcək olan Gəncə şəhər stadionunda çalışmalara start verilib.
İdmanxeber.az-a verilən məlumata görə, dünəndən etibarən arenada yenidənqurma işləri başlanıb. Stadionun tikintisi üçün əraziyə texnikalar da cəlb edilib.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin tikəcəyi yeni stadionun 2025-ci ilə qədər tamamlanması nəzərdə tutulub. Arenanın 16 min azarkeş tutumuna malik olacağı bildirilib.