“Kəpəz”in kapitanı Yeqor Xvalkonun son durumu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, “Araz Naxçıvan”la görüşdə başından ciddi zədə alan oyunçu dərhal xəstəxanaya çatdırılıb. MRT çəkilişindən sonra müdafiəçinin durumunun yaxşı olduğu bildirilib.
Xvalkoda ehtimal edilən beyin silkələnməsi və ya hər hansı bir ciddi xəsarət aşkarlanmayıb. Futbolçu yoxlanışdan sonra xəstəxanadan evə buraxılıb.