Ölkə futbolu

“Kəpəz” portuqaliyalı qapıçı transfer etdi – RƏSMİ

“Kəpəz” heyətini portuqaliyalı qapıçı ilə gücləndirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tam adı Paulu Rojeriu Veyqa dos Santos olan qolkiperlə 1 illik müqavilə bağlanıb.

Portuqaliyalı qolkiperin son klubu vətənində aşağı liqa təmsilçisi “Lenk Vilaverdense” olub. 25 yaşlı “çərçivə qoruyucusu” “Braqa” klubunun akademiyasının yetirməsidir.

O, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43