Azərbaycan Premyer Liqasında 16-cı tur davam edir.
İdmanxeber.az xəbər verir ki, əvvəlcə “Qəbələ” “Kəpəz”i qəbul edib. Bu oyun qonaqların qələbəsi ilə başa çatıb – 3:0. Bu görüşün ardından “Kəpəz” 13 xalla 9-cu pilləyə yüksəlib. “Qəbələ” isə 11 xalla sonuncu – 10-cu pillədədir.
Digər matçda isə “Zirə” evdə “Araz-Naxçıvan”la qarşılaşıb. Oyun qolsuz bərabərliklə sona çatıb -0:0.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
9 dekabr
15:00.”Qəbələ” – “Kəpəz” 0:3
Qol: Georgi Papunaşvili, 6 (0:1), Adama Nyane, 70 (0:2), Georgi Papunaşvili, 72 (0:3)
Qırmızı vərəqə: Emil Səfərov, 50 (“Qəbələ”)
Qəbələ şəhər stadionu
17:00.”Zirə” – “Araz-Naxçıvan” 0:0
Zirə İdman Kompleksinin stadionu