Ölkə futbolu

“Kəpəz” “Səbail”ə məğlub oldu – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Səbail” “Kəpəz”lə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma Bakı klubunun qələbəsi ilə başa çatıb – 4:1.

Paytaxt təmsilçisi 31 xalla 5-ci, Gəncə klubu 20 xalla 9-cu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XXII tur

12 fevral

15:00. “Kəpəz” – “Səbail” 1:4

Qol: Martins Junior, 29 (1:0), Aleksandr Ramalinqom, 45+6-pen. (1:1), Rüfət Abdullazadə, 52 (1:2), Suleyman Alluş, 60 (1:3), 90 (1:4)

Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43