Ölkə futbolu

“Kəpəz” “Səbail”i darmadağın etdi, “Zirə” “Neftçi”yə uduzdu – YENİLƏNİB

Bu gün futbol üzrə Misli Premyer Liqasında XII turun daha 2 oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçı Gəncədə yerli “Kəpəz”lə “Səbail” arasında baş tutub. 3 qolun qeydə alındığı matçda Tərlan Əhmədovun yetirmələri qələbə qazanıb.

Digər matçda isə “Zirə” “Neftçi”ni qəbul edib. Bu matçda “ağ-qaralar” qələbəni bayram edib.

“Zirə” son 5 oyunda qol vurub. “Neftçi” son 6 səfərdən yalnız birində fərqlənə bilib.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

29 oktyabr (şənbə)

17:30. “Zirə” – “Neftçi” – 0:3

Qol: Yeqor Boqomolski, 6, Qodsyev Donyo, 75, Emin Mahmudov, 83

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu

15:00. “Kəpəz” – “Səbail” – 3:0

Qol: Abdullahi Şuaybu, 36, 66, Fərid Nəbiyev 84

Qırmızı vərəqə: Nihad Qurbanlı, 41 (“Səbail”)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu

30 oktyabr (bazar)

15:00. “Şamaxı” – “Qarabağ”
Hakimlə
r: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Şamaxı şəhər stadionu

18:30. “Sabah” – “Qəbələ”
Hakimlər
: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev
“Bank Respublika Arena”

28 oktyabr (cümə)

15:00. “Turan Tovuz” – “Sumqayıt” – 1:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43