21 Yanvar 2025
Ölkə futbolu

“Kəpəz”lə oyun öncəsi “Neftçi”də ciddi itkilər

“Neftçi” Misli Premyer Liqasının XVII turunda keçirləcək “Kəpəz” görüşünə ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, Emin Mahmudov, Rafael Guzzo, Robert Bauer, Dembo Darbo və Rəhman Hacıyev Gəncə klubuna qarşı oynaya bilməyəcək. Adıçəkilən oyunçuların hamısı zədəlidi.

Xatırladaq ki, “Neftçi” – “Kəpəz” matçı ayın 15-də, saat 18:30-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43