“Kəpəz” “Səbail”dən ayrılan Əfran İsmayılovun transferini rəsmiləşdirib.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, yeni mövsümdən Azərbaycan Premyer Liqasında oynayacaq “Kəpəz” daha əvvəl Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Zamiq Əliyev, Mate Kvirkviya, Rauf Əliyevi və Giorgi Kantariyanı sıralarına qatıb.