Kateqoriyasız

“Kəpəz” 30-a çatan 4-cü komanda oldu

“Kəpəz” Azərbaycan kubokunda 30-cu ev qələbəsini qazanıb. Gəncə təmsilçisi 1/8 finalda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.

İdmanxeber.az xəbər verir ki, qərblilər bunadək kubokda keçirdiyi 47 ev matçında 29 dəfə qələbə sevinci yaşamışdı. 30-cu uğuru 48-ci matça təsadüf edən qərblilər 6 heç-heçə edib və 12 dəfə uduzub.

“Kəpəz” Azərbaycan kubokunun ev oyunlarında 30 və daha çox qələbəsi olan 4-cü komandadır. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı” doğma divarlar arasında daha çox görüşdə qalib olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43