Misli Premyer Liqasının ilk turuna yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, turun ən az azarkeş qeydə alınan matçı Bayılda baş tutub. “ASCO Arena”da keçirilən “Səbail” – “Sumqayıt” (1:4) görüşünü tribunadan 500 azarkeş izləyib. Debütant “Araz Naxçıvan”ın “Turan Tovuz”u qonağ etdiyi matçda (0:3) isə 600 tamaşı qeydə alınıb.
“Qarabağ” – “Zirə” qarşılaşmasında da (0:1) tribunaların əksəriyyəti boş qalıb. “Azersun Arena”da keçirilən görüşdə 850 fanat komandalarını qələbəyə səsləyib.
Turun ən qollu matçı olan “Sabah” – “Qəbələ” oyununu (5:0) isə stadionda 1500 azarkeş izləyib.
Daha bir gözlənilməz nəticənin qeydə alındığı görüş – “Kəpəz” – “Neftçi” matçındaki (1:0) azarkeş sayısı digər dörd qarşılaşmanın hamısından üstün olub.
Gəncə şəhər stadionunda baş tutan oyunu 2955 azarkeş izləyib.