Kateqoriyasız

“Kəpəz” növbəti transferini rəsmiləşdirdi

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi son olaraq “Zaqatala”da çıxış edən Elçin Əlicanovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Yeni mövsümdə 1-ci divizionda mübarizə aparacaq “Kəpəz” daha əvvəl İbrahim Qədirzadə, Cavid İmamverdiyev, Bəhruz Teymurov, İlkin Həsənli, Müşfiq Nadirov, Nicat Süleymanov, Vüqar Həsənov və Tural Rzayevi heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43