“Kəpəz” qapıçısı Vladislav Vasilyuçeklə razılaşa bilmir.
İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi belaruslu oyunçu ilə yolları ayırmaq istəyir. Məşqçilər heyəti Vasilyuçekin performansından narazıdır. Bu səbəbdən də rəhbərlik onunla yanvarda vidalaşmaq niyyətindədir.
Belaruslu qolkiperin isə maya qədər klubla sözləşməsi var. O, yanvarda klubdan ayrılmaq istəmir.
Vasilyuçek müqaviləsinin sonuna qədər “Kəpəz”də qalmağı planlaşdırır.