“Kəpəz” transfer çalışmalarını davam etdirir.
Gəncə klubu yeni legioner futbolçularla təmasa keçsə də, konkret olaraq anlaşdığı oyunçu yoxdu. Bölgə təmsilçisinin əsas hədəfi mövcud heyəti qorumaqdı. Artıq Yeqor Xvalko, İqor Rodrigez, Olaveyi Onanuqa kimi legionerlərlə razılıq əldə olunub.
“Kəpəz”in heyətində mövsümün ikinci yarısını yaxşı keçirən Latir Falın göndəriləcəyi gözlənilsə də, bunun əksi baş verib. Qərb klubunun məşqçilər korpusu portuqaliyalı yarımmüdafiəçinin komandada saxlanılmasının vacibliyini klub rəhbərliyinə çatdırıb. Futbolçu ilə aparılan danışıqlar müsbət yekunlaşıb. Son anda hər hansi bir dəyişiklik olmayacağı təqdirdə, Latir Falla müqavilə yenilənəcək.
İdmanxeber.az