Ölkə futbolu

“Kəpəz” qapıçı transfer etdi

“Kəpəz” heyətinə yeni qapıçı cəlb edib.

İdmanxeber.az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elgün Bayramov “sarı-göylər”in formasını geyinəcək.

Gəncə futbol məktəbinin yetirməsi olan 19 yaşlı qapıçı ilə müqavilənin müddəti 1,5 illikdir. Onun sonuncu klubu MOİK olub. Gənc qolkiper  aşağı yaş qrupları üzrə yığma komandalarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43