18 Oktyabr 2024
Ölkə futbolu

“Kəpəz” “Qarabağ”ı qəbul edir – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 2-ci dövrə başlayacaq.

İdmanxeber.az xəbər verir ki, bununla da çempionatda 12 günlük fasilə yekunlaşacaq. 

10-cu turun ilk oyun günündə 1 matç keçiriləcək. Autsayder “Kəpəz” son çempion və hazırkı lider “Qarabağ”ı qəbul edəcək. Görüş saat 18:00-da start götürəcək. 

Tura 19 və 20 oktyabr tarixində oynanılacaq matçlarla yekun vurulacaq.

Misli Premyer Liqası, 10-cu tur

18 oktyabr (cümə)

18:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov
VAR: Kamal Umudlu
Tovuz şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43