“Kəpəz” Rövşən Əhmədovun AFFA-nın C kateqoriyalı məşqçi kurslarına qatıla bilməsi üçün tələb olunan maliyyə ödənişini öz üzərinə götürüb.
Qurum tərəfindən müvafiq kateqoriya üçün sənəd qəbulu başlayarkən sabiq futbolçunun kursa yazılması təşkil ediləcək.