Bu gün Misli Premyer Liqasında XXVIII turun növbəti görüşləri keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Kəpəz” doğma meydanda “Səbail”i qəbul edib. Qarşılaşma ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Kəpəz”in futbolçusu Ahmet Ayzaya 64-cü dəqiqədə penaltidən yararlana bilməyib.
Bu nəticənin ardından xallarının sayını 25-ə çatdıran “Kəpəz” 8-ci pillədən 7-ci sıraya yüksəlib.
“Səbail” isə 18 xalla 10-cu pillədə qərarlaşıb.
Günün son matçında “Zirə” və “Neftçi” komandaları qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionunda baş hakim Nicat İsmayıllının idarə edəcəyi görüş saat 19:30-da başlanacaq. Hazırda “Neftçi” 56 xalla 3-cü, “Zirə” 37 xalla 4-cü yerdə gedir.
Bu, iki komanda arasında 30-cu oyun olacaq. Əvvəlki matçlardan 12-də “Zirə”, 10-da “Neftçi” qələbə qazansa da, topların nisbətində “ağ-qaralar” öndədir – 33:28. Flaqman son 3 görüşdə qalib gəlib. Qəsəbə təmsilçisi isə son 6 ev matçından yalnız birində qol vurmayıb.
Misli Premyer Liqası
XXVIII tur
1 aprel (şənbə)
15:30. “Kəpəz” – “Səbail” – 1:0
QOL: A.Şuaybu, 68
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Gəncə şəhər stadionu
19:30. “Zirə” – “Neftçi” 1-1
QOL:K.Sayef (ö.q), 70 – K.Lebon , 12
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Cəmil Quliyev, Emin Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, açılış oyununda “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib – 3:2. Tura aprelin 2-də keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.