Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Səbail” “Kəpəz”lə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma Bakı klubunun qələbəsi ilə başa çatıb – 4:1.
Paytaxt təmsilçisi 31 xalla 5-ci, Gəncə klubu 20 xalla 9-cu pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXII tur
12 fevral
15:00. “Kəpəz” – “Səbail” 1:4
Qol: Martins Junior, 29 (1:0), Aleksandr Ramalinqom, 45+6-pen. (1:1), Rüfət Abdullazadə, 52 (1:2), Suleyman Alluş, 60 (1:3), 90 (1:4)
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu