Kateqoriyasız

“Kəpəz” sabiq üzvünü komandaya qaytardı

“Kəpəz” qış transfer dönəmində heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Roman Hüseynov ilə güclənib. Onunla mövsümün sonuna kimi müqavilə bağlanacaq.

Yarımmüdafiəçinin sonuncu klubu “Sumqayıt” olub. Roman bir neçə il öncə “Kəpəz” elitada çıxış edəndə “sarı-göylər”in heyətində oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43