23 Oktyabr 2024
Kateqoriyasız

“Kəpəz” “Turan Tovuz”la matça itkilərlə çıxacaq

Ölkə kubokunun 1/4 finalında “Turan Tovuz”la qarşılaşcaq “Kəpəz” matça itkilərlə çıxacaq.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Tural Rzayev ailə vəziyyəti ilə bağlı heyətdən kənarda qalıb.

Zamiq Əliyev isə zədəli olduğu üçün bugünkü matçı buraxacaq.

Qeyd edək ki, bu gün Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Turan Tovuz” matçı saat 14:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43