08 Sentyabr 2024
Ölkə futbolu

“Kəpəz” yeni hücumçu transfer edir – SON DƏQİQƏ!

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisi hücumçu problemini aradan qaldırmaq üçün “Sumqayıt”dan Erik Sorqanı rənglərinə bağlamağa çalışır. “Kəpəz”in baş məşqçisi Adil Şükürovun komandasında gömək istədiyi estoniyalı forvard “Sumqayıt”ın çalışdırıcısı Samir Abasovun gələcək planlarında yer almadığından bu keçidin baş tutma ehtimalı olduqca yüksəkdi. “Sarı-göylər”in rəhbərliyi ən qısa zamanda 25 yaşlı hücumçu ilə danışıqlara start verəcək.

Qeyd edək ki, estoniyalı futbolçu “Sumqayıt”ın heyətində 25 matçda 4 qol vura bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43