Qış fasiləsinə 9-cu pillədə yollanan “Kəpəz” heyətinə əl gəzdirməkdə davam edir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubunun baş məşqçisi Azər Bağırov komandanın hücumçusu Orxan Əliyevin cari mövsümdəki performasından razı deyil. O, artıq qol epizodlarını sağa-sola xərcləyən futbolçuya güvənmək istəmir.
29 yaşlı futbolçu isə Bağırovun ona az şans verməsindən narazılığını ifadə edib. Bu da tərəflər arasında soyuqluğa səbəb olub.
Bu baxımdan da komanda Əliyevin mövqeyinə futbolçu axtarır. Əgər “sarı-göylər” istədiyi “10” nömrəni qış fasiləsində tapa bilsə, Orxan Əliyevlə yolların ayrılması an məsələsi olacaq.
Xatırladaq ki, ötən mövsümün ilk yarısında Orxan Əliyev Azər Bağırovun rəhbərliyi altında “Araz Naxçıvan”da çıxış edib. Tərfələrin Naxçıvan klubunda da münasibətləri heç də yaxşı olmayıb.