Kateqoriyasız

“Kəpəz”də iki ciddi itki

“Kəpəz” Azərbaycan Premyer Liqasının XV turunun “Şamaxı” ilə səfər oyununa itkilərlə çıxacaq.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elvin Yunuszadə zədəli olduğundan matçda iştirak edə bilməyəcək. Oyun öncəsi son məşqdə zədələnən Ruslan Süleymanov da turu buraxacaq.

Görüş saat 14:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43