Kateqoriyasız

“Kəpəz”də son durum

“Kəpəz” üçün qış istirahət dövrü başa çatıb.

İdmanxeber.az xəbər verir ki, gəncəlilər artıq məşqləri bərpa edib.

“Sarı-göylər” Gəncə şəhər stadionunun yardımçı meydançasında məşq keçir. Komandanın yeni transferi Roman Hüseynov da hazırlıq prosesində iştirak edir.

Məşqçilər korpusu həftəsonu yoxlama oyununda yetirmələrini sınamaq istəyir. Bu yöndə rəqib axtarışları davam etdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43