16 Sentyabr 2024
Kateqoriyasız

“Kəpəz”dən növbəti transfer!

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini həll edib. 

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, hücumçu Lassana Ndiaye ilə müqavilə bağlanıb. Malili futbolçu ilə anlaşmanın müddəti “1+1” illikdir. 

23 yaşlı forvard Rusiya, İsveç, Bolqarıstan və Serbiyada oynayıb. Onun legioner karyerası MOİK (Moskva) ilə başlayıb. Lassanın son klubu “Botev” (Vratsa, Bolqarıstan) olub.
Ndiaye Malinin 17 və 20 yaşlılardan ibarət yığmalarının formasını da geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43