20 Yanvar 2025
Ölkə futbolu

“Kəpəz”in 150-cisi

Misli Premyer Liqasının XIX turunun “Turan Tovuz”la ev oyunu “Kəpəz”in iki futbolçusu üçün əlamətdar olub.

İdmanxeber.az-ın məlumatına görə, Turan Manafov və Karim Lkoça Gəncə klubunun heyətində ölkə çempionatlarında ilk qollarını vurublar. 

Bu qarşılaşmaya qədər “Kəpəz”in 148 futbolçusu rəqib qapısına yol tapıb. Dubl müəllifi Turan bu siyahıda 149-cu, Karim isə “Kəpəz” üçün Premyer Liqada qol vuran 150-ci futbolçu olub.

Qeyd edək ki, yalnız üç klubun – “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın heyətində daha çox oyunçu fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43