Ölkə futbolu

“Kəpəz”in bıçıqlanan azarkeşi evə buraxıldı

“Səbail” – “Kəpəz” görüşündə gəncəli azarkeşin bıçaqlandığı xəbərini vermişdik.

İdmanxeber.az-ın məlumatına görə, azarkeş əməliyyat olunduqdan bir müddət sonra evə buraxılıb. Onun hazırda durumunun normal olduğu bildirilir.

Bıçaqlanan azarkeşi ziyartət edənlər arasında “Səbail”in baş məşqçisi Şahin Diniyev olub. Təcrübəli mütəxəssis xəsarət alan azarkeşi xəstəxanada yalnız buraxmayıb.

Daha öncə “Kəpəz” rəhbəriliyi də həmin tərəfdarı xəstəxanada ziyarət etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43