Kateqoriyasız

“Kəpəz”in ev oyunlarını Gəncədə keçirməsinə icazə verilmədi

“Kəpəz” futbol üzrə Azərbaycan Premyer Liqasındakı ev oyunlarını Gəncədə keçirə bilməyəcək.

İdmanxeber.az xəbər verir ki, buna səbəb Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olmasıdır.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda çempionatda ilk ev matçını Bakıda “Dalğa Arena”da oynayacaq. Digər görüşlər haqqında qərar qarşıdakı günlərdə veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43