21 Noyabr 2024
Ölkə futbolu

“Kəpəz”in futbolçusu əməliyyat olundu

“Kəpəz” klubunun futbolçusu İlkin Qırtımov əməliyyat olunub.

İdmanxeber.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyat uğurla aparılıb. Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.

Müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43