“Kəpəz”in kapitanı Yeqor Xvalko Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
İdmanxeber.az-ın məlumatına görə, belaruslu futbolçu öz sosial şəbəkədəki hesabından paylaşım edib:
“AZAL-ın qəza enişi məni çox kədərləndirdi. Həlak olanlara Allahdan rəhmət diləyirəm. Yaralıların tezliklə sağalması üçün şəfalar diləyirəm”.