29 Noyabr 2024
Ölkə futbolu

“Kəpəz”in legioneri bu klubdan cəlbedici təklif aldı, qərar verməyə tələsmir – SON DƏQİQƏ!

“Kəpəz”in qapıçısı İqor Rodrigesə ölkə xaricindən təklif var. 

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, portuqaliyalı qolkiper karyerasını Rumıniyada davam etdirə bilər. İqorun xidmətində sözügedən ölkənin “UTA Arad” klubu maraqlıdır. 

Artıq təfərlər arasında danışıqlar start götürüb. Rumıniya klubu qapıçıya öz təklifini verib. “UTA Arad” rəhbərliyi Rodrigesə aylıq 8 min dollar maaş vəd edir.

“Kəpəz”də bu məbləğin yarısını alan 29 yaşlı oyunçu hələlik qərarına verməyib. İqor başqa təklifləri də dəyləndirməyi düşünür.

Arad təmsilçisi Rumıniya çempionatında 7-cı sırada qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43