“Kəpəz”in baş məşqçi Adil Şükürovla yollarını ayırdığı xəbərini vermişdik. Artıq Gəncə klubunun yeni çalışdırıcısı bəllidir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi Azər Bağırovla anlaşıb. Tərəflər arasındakı danışıqlar müsbət yekunlaşıb. Yeni baş məşqçinin qısa vaxtda açıqlanacağı gözlənilir.
Premyer Liqada sonuncu sırada olan “Kəpəz”in aktivində xalı yoxdur.