06 Fevral 2025
Ölkə futbolu

Kadi Borgesin imzalı formaları satışda

“Qarabağ”ın yeni transferi Kadi Borgesin imzalı formaları artıq satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər məhdud sayda olan formaları Park Bulvar AVM-in 2-ci mərtəbəsində fəaliyyət göstərən fan-şopdan əldə edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” Kadi Borgeslə 4 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43