06 Oktyabr 2024
Ölkə futbolu

Kadi Borgesin yeni klubu bəlli oldu

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borges Macarıstanın “Ferentsvaroş” klubuna keçib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb. Paylaşımda  “Kadiyə xidmətləri üçün təşəkkür edirik və ona gələcək karyerasında uğurlar arzulayırıq!” – deyə, bildirilib. 

28 yaşlı braziliyalı ötən ilin yanvarından “Krasnodar”da çıxış edir. O, komandanın heyətində 44 oyun keçirib, 7 qol vurub və iki məhsuldar ötürmə edib.

Xatırladaq ki, bir müddətdi braziliyanın adı “Qarabağ”la hallanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43