Kateqoriyasız

Kadi “Omoniya” ilə oyunda meydana çıxa biləcəkmi? – dəqiqləşdi

Zədə səbəbindən “Keşlə” ilə oyunda adı “18”liyə salınmayan “Qarabağ”ın futbolçusu Kadi Borgesin zədəsi ciddi deyil.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov ispaniyalı yarımmüdafiəçini riskə atmaq istəməyib və bu səbəbdən də onun adı “Keşlə” ilə oyunun iştirak ərizəsinə salınmayıb. Kadi “Omoniya” ilə səfər matçında meydana çıxa biləcək.

Qeyd edək ki, sentyabrın 30-u Kiprdə keçiriləcək “Omoniya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43