16 Sentyabr 2024
Ölkə futbolu

Kadi “Qarabağ”a qayıdır? – meneceri açıqladı

“Krasnodar”ın futbolçusu Kadi Borgesin meneceri Roberto Alisk oyunçunun adının “Qarabağ”la hallanmasına münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, “Bu haqda deyəcək nəsə yoxdur. Kadi “Krasnodar”da hər şeydən razıdır” – deyə, bildirib. 

Kadi Borges 2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, ötən ilin yanvarında “Krasnodar”a keçib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43