13 Fevral 2025
Ölkə futbolu

Kadi “Qarabağ”da məşqə çıxdı – FOTOLAR

“Qarabağ”ın bir neçə gün öncə heyətinə qatdığı Kadi Borges komandanın düşərgəsinə qoşulub.

İdmanxeber.az xəbər verir ki, braziliyalı vinger bu gün Ağdam təmsilçisində ilk məşqinə çıxıb.

Qeyd edək ki, “Qarabağ” Kadi Borgesi “Ferentsvaroş”dan transfer edib. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43