Dünyadan

Kadıköydə gərginlik: Emenikedən “Fənərbağça”ya böyük hörmətsizlik – VİDEO

Hazırda davam edən "Fənərbağça" – "Beşiktaş" derbisində maraqlı hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, iki dəfə real qol imkanını əldən qaçırdan Emenike azarkeşlər tərəfindən fitə basılıb. Bundan hiddətlənən nigeriyalı forvard "Fənər" formasını əynindən çıxardaraq meydanı tərk edib. Klubun məşqçi heyətinin təkidindən sonra Emenike yenidən meydana daxil olaraq oynamağa davam edib.

Buna baxmayaraq yerli azarkeşlər öz futbolçusunu daha da kəskin şəkildə fitə basıblar.

Qeyd edək ki, hazırda ilk hissə oynanılır və hesab açılmayıb – 0:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43