“Brayton”un yarımmüdafiəçisi Karlos Baleba İngiltərə nəhənglərinin hədəfindədi.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Mançester Siti” və “Liverpul” klubları maraqlıdı. “Brayton” kamerunlu oyunçunu satmağa qarşı deyil.
Klub rəhbərliyi 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün 115 milyon funt-sterlinq tələb edir.
“Brayton” Karlos Balebanı 2023-cü ilin avqust ayında “Lill”dən transfer edib.