“Barselona”nın “Kamp Nou” stadionunda əsaslı təmir işləri davam edir.
İdmanxeber.az-ın məlumatına görə, artıq tribunaların bir hissəsi sökülməyə başlayıb. Komanda müvəqqəti olaraq 2024-cü ilə qədər “Olimpiya” stadionuna köçüb.
“Kamp Nou”nun tutumunun 99 354-dən 106 min tamaşaçıya yüksələcəyi gözlənilir. Layihənin büdcəsi 1,5 milyard dollardan çox olacaq.