“Bakı”nın transferə çıxardığı millimizin üzvü Kamran Ağayev hələ də özünə yeni klub tapmayıb.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, transfer qiyməti yüksək olan qolkiperə heç bir komanda yaxın durmur. Bu səbədən onun icarəyə verilməsi gündəmdədir.
Təcrübəli əlcək ustasını “Sumqayıt” klubu heyətində görmək istəyir. Yaxın günlərdə Ağayevin məsələsinə aydınlıq gələcək.