Milli komandamızın qapıçısı Kamran Ağayev bu gün səhər Türkiyəyə yola düşür.
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya ilə matçda zədələnən təcrübəli qapıçı sözügedən ölkədə əməliyyat olunacaq. "Bakı"nın futbolçusu azı 1 ay yaşıl meydanlardan kənar qalacağı dəqiqdir.